• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Gürcüstan DTX rəhbəri istefa verdi, nazir müavini oldu - YENİLƏNİB

DÜNYA

14 Sentyabr 2026 | 14:31 | Müəllif: Gülşən Şərif

Gürcüstan DTX rəhbəri istefa verdi, nazir müavini oldu - YENİLƏNİB

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün istefa vermiş rəhbəri Geka Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, Geka Geladze bilik və təcrübəsi ilə Gürcüstanın Daxili İşlər Nazirliyindəki komandanı əhəmiyyətli dərəcədə gücləndirəcək.

***

13:25

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Gela Geladze vəzifəsindən istefa verdiyini və siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini bildirib.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışmaq onun üçün böyük məsuliyyət və ölkəsinə xidmət etmək imkanı olub.

"Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk etmək qərarına gəldim. Siyasi komanda ilə məsləhətləşmələr nəticəsində fəaliyyətimi başqa bir qurumda davam etdirəcəyəm və orada da ölkəmizin və cəmiyyətimizin maraqlarına bütün məsuliyyətimlə xidmət göstərəcəyəm", - deyə Gela Geladze bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR