Gələn il "Vəkil evi" - Vəkillər Kollegiyasının yeni inzibati binasının açılışı olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Vəkil evi"ndə Kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir:
"Ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq".
VK sədri onu da qeyd edib ki, Azərbaycan vəkilləri bu gün çox uğurla fəaliyyət göstərirlər:
"Növbəti illər üçün təlimlərin sayının artırılmasını və vəkillərin fəaliyyətinin inkişafına hədəflənmişik".
Bakı 




