Gələn ilin ilk günündən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfində qeyd olunub.
Belə ki, 2026-cı ilin yamvarın 1-dən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Güzəşt mexanizmi 2026-cı il yanvarın 1-dən başlayaraq 1 il müddətinə qüvvədə olacaq.
İstehsal buraxılış tarixindən 7 ildən çox vaxt keçmiş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanan aksiz vergisi əmsalları da optimallaşdırılacaq.
Bakı 


