• Bakı 24° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Gəlinlə qayınanası bıçaqlandı - Qayınata saxlanıldı

HADİSƏ

26 Iyun 2025 | 10:56

Gəlinlə qayınanası bıçaqlandı - Qayınata saxlanıldı

Sabirabadda iki qadın bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Aidə Məhəmməd qızı Hüseynova və gəlini 1983-cü il təvəllüdlü Lətafət Muxtar qızı Hüseynova kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların A.Hüseynovanın həyat yoldaşı, Lətafətin isə qayınatası olan 1957-ci il təvəllüdlü R.Hüseynov tərəfindən bıçaqlandığı bildirilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

25 Iyun 2025