• Bakı 21° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Gəmidə həlak olan kapitanın FOTOSU

CƏMİYYƏT

05 Iyun 2026 | 17:34

Gəmidə həlak olan kapitanın FOTOSU

Xəbər verdiyimiz kimi, Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub.

Məlumata görə, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar. Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib.

Bakıvaxtı.az Minval-a istinadən xəbər verir ki, həyatını itirən kapitan Fuad Orucov əslən Azərbaycanın Xaçmaz rayonundandır. 

Qeyd edək ki, 5 iyunda Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub.

Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.


SON XƏBƏRLƏR