Samuxda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun ərazisində qeydə alınıb
Samux rayon sakini 2000-ci il təvəllüdlü Taleh Məhərrəmov xuliqanlıq zəminində Gəncə şəhər sakini E. İbrahimova bıçaq xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törədən Taleh Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
















