• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gəncənin icra başçısından şəhidlərə hörmətsizlik - VİDEO

CƏMİYYƏT

27 Mart 2024 | 09:36

Gəncənin icra başçısından şəhidlərə hörmətsizlik - VİDEO

Şəhidlər and yerimizdir. Torpaq uğrunda canlarını qurban verən oğulların uyuduqları Şəhidlər xiyabanları hər birimizin ziyarətgah yerimiz olmalıdır.

Ancaq bəzi şəhər və rayonlardakı Şəhidlər xiyabanları baxımsızlıqdan elə vəziyyətə düşürlər ki,  sözlə deyiləsi olmur.

Şəhidlər Xiyabanı kompleksinin mərkəzi az qala zibilxanaya çevrilib. Kompleksin mərkəzində çürümüş və çürüməkdə olan gül saplaqlarının qalıqları, quş nəcisləri yığılıb…

Bakıvaxtı.az-ın məlumatına görə, MissiyaTV-nin Gəncənin Şəhidlər Xiyabanından hazırladığı reportajda da xiyabandakı biabırçı vəziyyətdən bəhs olunur.

Gəncədən hazırlanan reportajda, bundan başqa, bir vaxtlar ərazidə fəaliyyət göstərən kinoteatrın hazırda qapısına qıfıl vurulduğu, mədəniyyət ocağının ətrafında yeni çayxanalar tikildiyi, eləcə də ərazidəki kanalizasiya xətlərinin bərbad vəziyyətdə olduğu vurğulanııb.   

Bakıvaxtı.az sözügedən reportajı təqdim edir.  

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026