• Bakı 11° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Qaldırıcı qırıldı, usta maşının altında qaldı

CƏMİYYƏT

13 Dekabr 2025 | 11:16

Qaldırıcı qırıldı, usta maşının altında qaldı

Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov "VAZ-21011" markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində avtomobil onun üzərinə düşüb və o ölüb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

12 Dekabr 2025