• Bakı 27° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

"Gənclik"də avtobusa minənlərin NƏZƏRİNƏ: Dəyişiklik edildi

CƏMİYYƏT

25 Avqust 2026 | 16:47

"Gənclik"də avtobusa minənlərin NƏZƏRİNƏ: Dəyişiklik edildi

Avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

Bakıvaxtı.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

    Məlumata görə, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

    Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.

    Qeyd edək ki, oyun müddətinin uzadılmasından asılı olaraq metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş saatı artırıla bilər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR