• Bakı 23° C

    12.88 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Generalın qızı onu məhkəməyə verdi

SİYASƏT

31 Avqust 2026 | 09:40

Generalın qızı onu məhkəməyə verdi

General Natiq Əliyevin qızı Türkər Əliyeva bu yaxınlarda işdən azad edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovu və idarənin əməkdaşı Orxan Əlizadəni məhkəməyə verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Unikal-a onun vəkili Məhərrəm Hacıyev məlumat verib. 

Vəkilin sözlərinə görə, Türkər Əliyeva Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində olan zaman keçmiş rəis və əməkdaş tərəfindən ona qarşı qanunsuzluq və təhqirlər edilib. 

Bu səbəbdən hər iki şəxsi Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə Məhkəməsinə veriblər. 

Xatırladaq ki, bir neçə gün öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov tutduğu vəzifədən azad edilib. 

Eyni zamanda, digər əldə etdiyimiz məlumata görə, keçmiş idarə rəisi də general Natiq Əliyevin qızı Türkər Əliyevanı xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026