• Bakı 27° C

    19.52 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Generalın yerinə Ülvi Zülfüqarov rəis təyin edildi

CƏMİYYƏT

21 Avqust 2025 | 12:15

Generalın yerinə Ülvi Zülfüqarov rəis təyin edildi

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

Bu təyinatadək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ü.Zülfüqarov 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2016-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.


SON XƏBƏRLƏR

20 Avqust 2025