• Bakı 27° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Göbələyin hansı fayda və zərərləri var?

CƏMİYYƏT

30 Iyun 2024 | 10:08

Göbələyin hansı fayda və zərərləri var?

"Göbələk mədə xorası, bağırsaq xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı olan insanlar üçün əks göstərişdir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rusiyalı həkim Nadejda Podkorytova məlumat verib.

"Mədə-bağırsaq xəstəlikləri zamanı göbələk yemək olmaz. Əlavə olaraq allergiya xəstələri də bu məhsuldan çəkinməlidirlər", - deyə həkim bildirib.

O qeyd edib ki, kolit, qastrit, duodenit, pankreatit, xora, böyrək və ya qaraciyər çatışmazlığı olan insanlar göbələkli yeməklərdən çəkinməlidirlər:

"Göbələkdəki vitamin və zülal tərkibinə görə sağlam insanlar üçün faydalıdır. Diabetli insanlar üçün bu məhsul şəkər səviyyələrini idarə etməyə kömək edəcək. Göbələkdən çox istifadə etməməlisiniz. Tövsiyə olunan gündəlik porsiya 100-200 qramdır"./oxu.az


SON XƏBƏRLƏR

01 Iyul 2024