• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

"Goldman Sachs" neft proqnozunu açıqlayıb

İQTİSADİYYAT

26 Iyul 2024 | 17:20

Goldman Sachs neft proqnozunu açıqlayıb

"2025-ci ildə "Brent" neftinin qiyməti 75-90 dollar arasında dəyişəcək".

Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, bu, qlobal investisiya bankı "Goldman Sachs"ın proqnozunda yer alıb.

"Goldman Sachs"ın proqnozuna görə, ABŞ-nin tətbiq etdiyi yeni tariflər və FED qərarı gələn il neft qiymətlərinə təsirsiz ötüşməyəcək:

"ABŞ prezident seçkilərində kim qalib gəlsə, gələn il daxili neft tədarükünü əhəmiyyətli dərəcədə artırmaq üçün məhdud imkanları olacaq. Çünki ABŞ-nin strateji neft ehtiyatları aşağıdır. Yalnız tənzimləyicilərin yumşaldılması ABŞ-nin uzunmüddətli tədarükünü əhəmiyyətli dərəcədə artıra bilər"

Proqnoza əsasən, FED faiz dərəcələrini 2025-ci ildən sonra təxirə salacağı təqdirdə neft qiymətlərinə 19 dollara qədər təsir göstərə biləcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Sentyabr 2024