• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Gömrük rüsumları üzrə proqnoz artırılıb

CƏMİYYƏT

16 Oktyabr 2024 | 14:16

Gömrük rüsumları üzrə proqnoz artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatının və yaxud 4,7 %-nin gömrük rüsumları üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.


SON XƏBƏRLƏR