• Bakı 19° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Gömrükçülər bəyan olunmamış brend əşyaları müsadirə etdi - FOTOLAR

CƏMİYYƏT

23 Mart 2023 | 14:16

Gömrükçülər bəyan olunmamış brend əşyaları müsadirə etdi - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının VİP zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Bu barədə Bakıvaxtı.az-a Komitədən bildirilib.

Məlumata görə, yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və yaxud elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

23 Aprel 2024