Goranboyda baş verən qəzada iki nəfər ölüb.
Bakıvaxtı.az Teleqrafa istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı kəndi ərazsindən keçən yolda baş verib. Qəza zamanı daha bir nəfərin yaralandığı qeyd olunur.
Qəzada həyatını itirənlər toy mərasimindən qayıdırlarmış.
***
20:52
Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, qəzanın zəncirvari olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Apa)




