• Bakı 20° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Goranboyda ad günü keçirilməsinin qarşısı alındı

CƏMİYYƏT

09 Aprel 2021 | 23:35

Goranboyda ad günü keçirilməsinin qarşısı alındı

Goranboyda pandemiya qaydalarını pozaraq ad günü mərasimi keçirənlər cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Qərb mərkəzinə verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaradağlı kəndində ad günü mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejimi qaydaları izah olunub. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR