• Bakı 21° C

    14.78 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlanıb

HADİSƏ

02 Iyun 2025 | 10:24

Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlanıb

Goranboyda iki gün əvvəl minaya düşən şəxsin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, mayın 31-də saat 15:30 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan amputasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.


    SON XƏBƏRLƏR

    03 Iyun 2025