• Bakı 22° C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Göyçə-Zəngəzurun “respublika” elan edilməsi böyük siyasi səhvdir - Deputat

SİYASƏT

20 Sentyabr 2022 | 13:21

Göyçə-Zəngəzurun “respublika” elan edilməsi böyük siyasi səhvdir - Deputat

“Bugünlərdə mətbuatda və sosial şəbəkələrdə sürətlə paylaşılan “Göyçə-Zəngəzur Respublikası” adlı təşkilat əqidəsi, məqsədi bilinməyən və qaranlıq mənbələrdən qaynaqlanan bir qrup insan tərəfindən Türkiyədə elan edilib. Bu təşkilatı yaradan insanlar bilərəkdən və ya bilməyərəkdən fəaliyyətləri ilə həm Türkiyəyə, həm Azərvaycana, həm də bu iki qardaş dövlət arasında strateji mettəfiqliyə kölgə salmaq niyyətindıdir”.

Bunu Bakıvaxtı.az-a millət vəkili Məlahət İbrahimqızı deyib.

Deputat hesab edir ki, “Göyçə-Zəngəzur Respublikası”nı elan etmək ancaq düşmənlərimizin dəyirmanlarına su tökmək və onların planlanlarına uyğun hərəkət etməkdir: “Bəli, hər kəsə məlumdur ku, prezident İlham Əliyev neçə ildir ki, ən mötəbər kürsülərdə və ən mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu bütün dünyaya bəyan edib. Hətta 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə debatında son iki yüz il ərzində Azərbaycanın tarixi torpaqlarının zaman-zaman necə ermənilərə verilməsini tarixi faktlar və hüquq çərçivəsində beynəlxalq ictimaiyyətə müfəssəl çatdırdı. Və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə barışmayacağınıbildirdi.
Möhtərəm prezidentimizin səsləndirdiyi bu fikirlər Qarabağın, Gəncənın, Şəkinin, Bakının, Qazaxın, Lənkəranın Azərbaycanın bir parçası olduğu kimi, Göyçənin də, İrəvanın da, Zəngəzurun da Azərbaycanın ayrılmaz parçası anlamına gəlir. Bu mənada “Göyçə-Zəngəzur Respublikası”nın elan edilməsi tamamilə yalnış bir addımdır və bu təşkilatın arxasında sağlam əqidəli qüvvələr ola bilməz. Bu təşkilatın təsis edilməsi Azərbaycan və Türkiyəni sevməyən, eləcə də bu iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin sifarişidir. Xüsusilə də indiki vəziyyətdə belə bir qurumun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı imic, böyük uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi, əldə edilən möhtəşəm Zəfər fonunda hansısa qüvvələrlə işbirliyi adlandırmaq olar”.

M.İbrahimqızı bildirib ki, məğlubiyyətini qəbul etməyən dünya erməniliyi hələ də sakit dayana bilmir: “Onlar respublikamızın sərhədlərində vaxtaşırı hərbi təxribatlar törətməklə kifayətlənmir. Vandal erməni qrupları hətta bir sıra xarici ölkələrdəki səfirliklərimizə basqın və hücüm ediblər. Eyni zamanda, ölkəmizin daxilində olan “5-ci kalon” və milli satqıınlar, milli xainlər də şərəfli və şanlı Milli Ordumuzun erməni təxribatının qarşısının alınmasını təcavüzkar adlandırmaları çox maraqlı, düşündürücü suallar doğurur. Hesab edirəm ki, bütün bunlar ölkəmizə, Azərbaycan və Türkiyəyə, eləcə də iki ölkənin strateji müttəfiqliyə qarşı bir mərkəzdən idarə edilən və bir neçə istiqamətdə həyata keçirilən, ictimaiyyəti çaşdıran vahid strategiya və vahid çirkli kampaniyalardır”.

Millət vəkili vurğulayıb ki, bu, dövlət siyasətimizə və dövlətçiliyimizə qarşı yönəlmiş bir addımdır: “Belə olan halda Göyçə-Zəngəzurun “respublika” elan edilməsi çox böyük siyasi səhvdir. Bir daha deyirəm, Göyçə də, Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. 1988-89-cu illərdə üç yüz minə yaxın soydaşımız erməni işğalı nəticəsində öz doğma yurdlarında etnik təmizləməyə, soyqırıma, deportasiyaya məruz qalaraq didərgin oldular. Hesab edirəm, bu insanlar etdikləri səhvin, yanlış yolun başlanğıcında, ortasında da olsalar, geri qayıtmalıdırlar. Bununla bərabər müvafiq qurumlar belə qaranlıq və çirkli niyyətin arxasında dayanan qüvvələri müəyyən edəcək.
Azərbaycan ictimaiyyəti “Göyçə-Zəngəzur Respublikası”nın “yaradıcıları”nın qaranlıq məramlarını çox doğru dəyərləndirəcək.
Azərbaycan ictimaiyyəti ağı qaradan seçməyi bacarır və Göyçənin, Zəngəzurun, İrəvanın Azərbaycanın tarixi torpağı və vətənimizin bir parçası olduğunu bilir. Bu torpaqların hansı hissəsindəsə qondarma bir dövlət və respublika qurmaq niyyəti ancaq Azərbaycanı seməyən qüvvələrin işidir. Bu qüvvələrin təhlükəli fəaliyyətini qətiyyətlə rədd edir və bütün ictimaiyyəti də buna çağırıram. Hesab edirəm,Türkiyə ictimaiyyəti bu insanların hansı məqsədə xidmət etdiyini doğru dəyərlənditəcəklər. Yekun olaraq bir daha bir ziyalı və Qərbi azərbaycanlı kimi “Göyçə-Zəngəzur Respublikası”nı və onu təsis edənləri rədd edirəm”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

15 Iyun 2025