• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Gözləyirlər ki, meşələr qırılıb qurtarsın..."- Deputatdan ETİRAZ

CƏMİYYƏT

27 Dekabr 2021 | 11:56 | Müəllif: Qalib İbrahimoğlu

"Gözləyirlər ki, meşələr qırılıb qurtarsın..."- Deputatdan ETİRAZ

"Şəkinin su təchizatı 2013-cü ildə tanamlanması nəzərdə tutulsa da, bu məsələ hələ həll olunmur".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O, Şəkidə su təchizatı ilə yanaşı qaz probleminin də həllini tapmalı olduğunu bildirib: "Hələ ki, Şəkidə 24 yaşayış məntəqəsinin qazlaşdırılması problemi həll olunmayıb. Qazlaşdırma ilə bağlı müsbət cavab olsa da, hələ həmin kəndlərə qaz çəkilmir. Gözləyirlər ki, meşələr qırılsın, ondan sonra qazlaşdırılacaq".

Onun sözlərinə görə, bu problemlər həll olunmayınca, yollar da bərbad vəziyyətdə olacaq.

"Odur ki, Şəkinin qaz, su və yol problemi həllini tapmalıdır",- deyə Əli Məsimli bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026