• Bakı 16° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Güclü külək Ağdamda bir sıra fəsadlar törətdi - FOTO

HADİSƏ

31 May 2023 | 19:50

Güclü külək Ağdamda bir sıra fəsadlar törətdi - FOTO

Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törədib.

Bakıvaxtı.az xəbər verir ki, küləklə başlayan yağış rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektrik naqillərinə zərər vurub.

Rayonun Qaradağlı kəndində isə külək ağacı avtomobilin üstünə aşırıb. Belə ki, Xəqani Məmmədov Rəhbər oğlu özünə məxsus VAZ 2106 markalı avtomobillə hərəkətdə olan zaman ağac avtomobilin üzərinə aşıb. Maşın yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.

Qeyd edək ki, hazırda Ağdamın bir çox kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb./trend


SON XƏBƏRLƏR