• Bakı C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

18 Fevral 2026 | 16:58

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Bərdə, Tərtər, Göyçay, İsmayıllı, Qəbələ, Qusar, Siyəzən, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.


SON XƏBƏRLƏR