• Bakı 26° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Güləşçilərimiz qızıl medal qazandılar

İDMAN

08 Dekabr 2024 | 16:36

Güləşçilərimiz qızıl medal qazandılar

Qazaxıstanın Karaqanda şəhərində sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi yarış keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə keçirilən turnirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan 500-dən artıq idmançı mübarizə aparıb. Yarışda ölkəmizi təmsil edən sərbəst güləşçilər uğurlu çıxış edib. Nürəddin Novruzov (61 kiloqram) və Abdulrəhman İbrahimov (65 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 


SON XƏBƏRLƏR