• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gündəm Ebru Gündeşin Şəmkirə toya gəlməsidir - Deputat 

CƏMİYYƏT

06 Iyul 2023 | 11:25 | Müəllif: Qalib İbrahimoğlu

Gündəm Ebru Gündeşin Şəmkirə toya gəlməsidir - Deputat

“Təəssüf ki, universitetlər elmi tədqiqatlara vəsait ayırmır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, təhsil sahəsində problemlə var: “Elm və təhsil naziri də təklif etmişdi ki, tədris ili sentyabrın 1-dən başlasın. Hamı bilir ki, iyun ayında məktəbə gedən olmur. Həmçinin, dünyanın ən yaxşı 1000 unversiteti siyahısında təəssüf ki, bizim universitetlərin adı yoxdur. Bu siyahıda Qazaxıstanın 15 şəhərinin ali təhsil müəssisələrinin adı var".

Deputat qeyd edib ki, Azərbaycanın universitetləri elmi tədqiqat işlərinə vəsait ayırmaqda maraqlı deyil.

"Təhsil sahəsində olan problemlərin həlli bizim gündəmimiz olmalıdır. Amma gündəmdə bir müğənninin Yazıçılar Birliyinə üzv olması, Ebru Gündeşin Şəmkirdə bir kənddə toya gəlməsi gündəmi olur”, - deyə Fazil Mustafa əlavə edib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026