• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Gürcüstan “altılıq” görüşlərdən niyə qaçır? - AÇIQLAMA

SİYASƏT

23 Oktyabr 2023 | 13:48 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstan “altılıq” görüşlərdən niyə qaçır? - AÇIQLAMA

Gürcüstan bu gün Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak etməyəcək.

Ölkənin Xarici İşlər Nazirliyi xatırladıb ki, Gürcüstan heç vaxt bu formatda görüşlərdə iştirak etməyib. Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. Gürcüstanın indiki hakimiyyətinin rusyönlü olması iddia edilərək "altılıq" formatın bu dəfə reallaşacağı deyilirdi. Amma Tbilisi bu dəfə də həmin formatda keçirilən görüşə getməkdən imtina etdi.

Siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan torpaqlarının işğalda olduğu 30 il ərzində Gürcüstan bölgədə həyata keçirilən bütün logistik layihələrin, enerji və dəmiryolları xətləri proyektlərinin aktiv iştirakçısı olub.

Ekspert vurğulayıb ki, qonşu Gürcüstan regional bütün mümkün protektlərdə tranzit ölkə olaraq iştirak edir və gəlirlər əldə edir: "Gürcüstan hökuməti fərqindədir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Rusiya, İran və Türkiyə kimi dövlətlərin iştirakı ilə reallaşan regional yeni layihələr daha çox İrəvanın lehinə olacaq. O baxımdan rəsmi Tbilisi Rusiyanın "3+3" formatında iştirakını bəhanə edərək Tehrandakı görüşdən, təmaslardan boyun qaçırır. Tbilisi hökuməti çox yaxşı bilir ki, "3+3" formatı eyni zamanda Ermənistanın bölgədəki iqtisadi logistik, nəqliyyat, enerji və digər infrastrukturlara inteqrasiyasını sürətləndirəcək. Təbii ki, bu, İrəvanla yanaşı, həm də Azərbaycanın lehinədir".

Fuad Abbasov: Abxaziya və Osetiya bölgələri Gürcüstana geri qaytarılsa belə Tbilisi hökuməti bu tip görüşlərdən qaçacaq

Müsahibimizə görə, reallıq odur ki, Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Ermənistan və Gürcüstan regionun böyük güclərinin iqtisadiyyatına ciddi, çox önəmli töhfə verməkdədirlər: "Gürcüstan da çalışır ki, indiyə kimi əldə etdiyi nailiyyətləri əlində saxlasın. Tbilisi hökuməti heç bir şəkildə bu nailiyyətlərdən Ermənistanın lehinə vaz keçmək istəmir. Ona görə də "altılıq" görüşlərə qatılmır. Çox güman ki, bundan sonrakı təmaslarda da iştirak etməyəcək. Hətta düşünürəm ki, Abxaziya və Osetiya bölgələri Gürcüstana geri qaytarılsa belə Tbilisi hökuməti bu tip görüşlərdən qaçacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026