• Bakı C

    7.44 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Gürcüstan Azərbaycandan qeyri-neft məhsulları alışı artıb

İQTİSADİYYAT

22 Mart 2025 | 15:28

Gürcüstan Azərbaycandan qeyri-neft məhsulları alışı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 52,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 23,3% çoxdur.

Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 10,92%-i həcmində olub. Bununla da Gürcüstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 148,6 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 21,2 milyon ABŞ dolları və ya 16,7% çoxdur.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 130,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,1 milyon ABŞ dolları və ya 13,1% çoxdur.

Bu ilin yanvar-fevral aylarından Gürcüstandan Azərbaycana 18,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 6,1 milyon ABŞ dolları və ya 50,5% artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.


SON XƏBƏRLƏR

18 Yanvar 2026
17 Yanvar 2026