"Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir, bizim məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, Gürcüstan Azərbaycan, Ermənistan, Türkiyə ilə əlaqələri inkişaf etdirir.
"Gürcüstanın məqsədi regionda sülhü və sabitliyi təşviq etməkdir ki, bunun üçün ötən illərdə çox işlər görülüb və gələcəkdə də çox işlər görüləcək".
Hökumət başçısı deyib ki, Gürcüstanın bütün istiqamətlərdə beynəlxalq mövqelərinin gücləndirilməsi vacibdir.
“Orta Dəhliz regional inteqrasiyanın mühüm mexanizmidir. Qonşu dövlətlərlə strateji layihələrin həyata keçirilməsi Cənubi Qafqazda sülhün bərqərar olmasına təkan verəcək və biz şadıq ki, çox mühüm strateji layihələr artıq bizi qonşu ölkələrimizlə birləşdirir, bu da sülhü təşviq etmək üçün son dərəcə əhəmiyyətlidir. Gələcəkdə də bu istiqamətdə fəal işlər davam etdiriləcək”.