• Bakı 10° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Gürcüstanda etiraz aksiyaları yenidən alovlandı

DÜNYA

06 Dekabr 2024 | 22:00

Gürcüstanda etiraz aksiyaları yenidən alovlandı

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.


SON XƏBƏRLƏR

10 Yanvar 2026