• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Gürcüstanda zəlzələ oldu - Azərbaycanda da hiss edildi - YENİLƏNİB

CƏMİYYƏT

22 Iyul 2024 | 12:40 | Müəllif: Əli Hüseynov

Gürcüstanda zəlzələ oldu - Azərbaycanda da hiss edildi - YENİLƏNİB

Gürcüstan Milli Seysmik Monitorin Mərkəzi Azərbaycanla sərhəddə yerləşən Deoplistkaro munisipaliteti yaxınlığında zəlzələnin baş verməsi ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəz Tbilisi vaxtı ilə 12:08-də qeydə alınmış zəlzələnin episentrinin Deoplistkaronun şimal-qərbində yerləşən Leninovka kəndinin 3 kilometrliyində qeydə alındığını açıqlayıb. Zəlzələ 4,9 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

    Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub.

    Qeyd edək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub

     

    ***

    Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

    Bakıvaxtı.az-a bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Məlumatda qeyd edili ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

    Bildirilib ki, zəlzələ yerli vaxtla 12:08-də 15 km dərinlikdə qeydə alınıb. /Apa

    12:16


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Oktyabr 2026