Hacıqabulda yol qəzasında 5 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
















