• Bakı 24° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Hacıqabulda minik avtomobillərinin istehsalı son 3 ildə 4 dəfəyə yaxın artıb

CƏMİYYƏT

28 Avqust 2025 | 15:23

Hacıqabulda minik avtomobillərinin istehsalı son 3 ildə 4 dəfəyə yaxın artıb

2024-cü ildə Azərbaycanda istehsal olunan minik avtomobillərinin 4 996 ədədi və ya 83,3 %-i Hacıqabul rayonunun payına düşüb.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, 2023-cü ilə nisbətən Hacıqabulda istehsal 1 857 ədəd və ya 59 %, 2022-ci ilin göstərici ilə müqayisədə isə 3 657 ədəd və ya 3,7 dəfə artıb.

Hacıqabulda ötən il həmçinin 188 ədəd (1 il əvvələ nisbətən 55 % az, son 3 ildə - 8 dəfə çox) yük avtomobili, 120 ədəd (+7 % və +%) ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib.

Ötən il həmçinin Neftçala rayonunda 690 ədəd  (+23 % və +1,2 %), Naxçıvan Muxtar Respublikasında isə 312 ədəd (+87 % və +11 dəfə) minik avtomobili istehsal edilib.

Xatırladaq ki, Azərbaycanda minik avtomobillər Neftçala Avtomobil Zavodunda, Hacıqabul Sənaye Parkındakı avtomobil zavodunda və muxtar respublikada yerləşən Naxçıvan Avtomobil Zavodunda istehsal edilir.


SON XƏBƏRLƏR