• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Hadı Rəcəbli dəfn olundu - YENİLƏNİB

SİYASƏT

17 Aprel 2024 | 15:37

Hadı Rəcəbli dəfn olundu - YENİLƏNİB

Sabiq deputat Hadi Rəcəbli dəfn olunub.
Bakıvaxtı.az
 xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

***

13:37

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, "Təzəpir"məscidində keçirilən vida mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Ombudsman Səbinə Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti İsa Həbibbəyli, sabiq və indiki millət vəkilləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

    Hadi Rəcəblinin cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.

    ***

    12.34

    Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi keçirilir.

    Bakıvaxtı.az xəbər verir ki, Hadi Rəcəblinin cənazəsi "Təzəpir" məscidinə gətirilib.

    Qeyd edək ki, Hadı Rəcəbli bu gün 76 yaşında dünyasını dəyişib.


    Hadı Rəcəbli dəfn olundu - YENİLƏNİBHadı Rəcəbli dəfn olundu - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026