Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Bundan əvvəl keçirilmiş prezident seçkilərinin dördündə namizədliyini irəli sürən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev növbəti dəfə də seçkidə namizəd kimi iştirak edəcəkmi?
Bakıvaxtı.az-ın bu sualını cavablandıran Hafiz Hacıyev bildirib ki, sabah sabah saat 10-da partiyanın rayon təşkilatları mərkəzi qərargahda toplanacaq: "Mənim şəxsi fikrim namizədliyimi verməkdir, ancaq bu, məndən də asılı məsələ deyil. Ona görə, partiyanın strukturları və İdarə Heyəti ilə birlikdə sabah saat 12-yə qədər qərarımızı verəcəyik".
"Çox böyük ehtimalla seçkidə öz namizədimizlə iştirak edəcəyik", - deyə Hafiz Hacıyev vurğulayıb.
Qeyd edək ki, MMP sədri Hafiz Hacıyev 2003-cü ildə Azərbaycanda Prezident seçkilərində namizədliyi irəli sürüb. Bu seçkilərdə o, 8 namizəd arasında 0,3% (9.990 səs) toplamaqla sonuncu yeri tutub.
2008-ci il prezident seçkilərində yenidən iştirak edən H.Hacıyev, bu dəfə 7 namizəd arasında yenidən sonuncu yeri tutub. Bu seçkilərdə Hafiz Hacıyev səslərin 0,64% -ni (23.771 səs) toplayıb.
H.Hacıyev 2013-cü ildə keçirilən prezident seçkilərində də namizəd kimi iştirak edib. Bu dəfə o, 10 namizəd arasında doqquzuncu olub (24 46 səslə 10.66 %)
2018-ci il prezident seçkisində isə səsələrin 1.52%-ni (59.924 səs) səsinui qazanan Hafiz Hacıyev 8 namizəd arasında beşinci olub.
Aytac Aslan
















