• Bakı 17° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Hafiz Hacıyevdən SƏRT QINAQ: "Proseslərdə tək Ramiz Mehdiyev olmayıb...”

SİYASƏT

31 Oktyabr 2025 | 14:47

Hafiz Hacıyevdən SƏRT QINAQ: Proseslərdə tək Ramiz Mehdiyev olmayıb...”

Azərbaycanın siyasi səhnəsində illərlə görünməz ipliklər kimi dolaşan təsir dairələri, köhnə qüvvələrin qurduğu gizli sistemlər indi tədricən açıq şəkildə ifşa olunur. Bu təsir şəbəkələrinin kökləri o qədər dərinlərə işləyib ki, onların izləri təkcə siyasi idarəetmədə deyil, iqtisadi və sosial sahələrdə də özünü göstərib.

Uzun illər ərzində müəyyən şəxslər və qruplar dövlət strukturlarının daxilində mövqelərini qorumağa, öz maraq dairələrini legitimləşdirməyə çalışıblar. Onlar idarəçilik mexanizminin ayrılmaz hissəsi kimi görünmək istəsələr də, əslində, dövlətin gücünü şəxsi məqsədlərinə xidmət etdiriblər.

Lakin artıq zaman dəyişib. Dövlətin strateji kursu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu “kölgə sistemlərinin” dayaqlarını sarsıtmağa başlayıb. “Dövlət içində dövlət” prinsipi ilə hərəkət edənlərin, sadiqlik və peşəkarlıq əvəzinə şəxsi əlaqələrə arxalananların dövrü başa çatır. İndi prioritet şəffaflıq, məsuliyyət və vətənə sədaqətdir.

Son illər baş verən siyasi yenilənmələr, kadr dəyişiklikləri, güc strukturlarının fəaliyyəti göstərir ki, ölkə yeni mərhələyə qədəm qoyur. Dövlət artıq yalnız iqtisadi inkişafla deyil, həm də idarəetmənin təmizlənməsi, köhnə təsir dairələrinin zərərsizləşdirilməsi istiqamətində ardıcıl addımlar atır.

Məhz belə bir dövrdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Bakıvaxtı.az-a dediyi fikirlər təsadüfi deyil. Onun qeyd etdiyi fikirlər bir şəxsin tənqidi deyil, bütöv bir düşüncə tərzinin ifşasıdır.

Müsahibimiz açıq danışır, ad çəkir, gizlətmir:

“Təbii ki, hər şey bəllidir. Ramiz Mehdiyevin xəyanəti bağışlanmazdır. Bizi qınayırlar ki, niyə gedənin arxasınca danışırsız. Amma bu, vətən söhbətidir. Proseslərdə tək Ramiz Mehdiyev olmayıb, bütün strukturlarda onun adamları var idi. DTX işləyir. Qurumlarda, parlamentdə də onun adamları qalır”.

Hacıyevin sözlərinə görə, illərlə dövlətin daxilində gizli şəkildə fəaliyyət göstərən bu qruplar təkcə siyasi deyil, iqtisadi sistemə də zərbə vurublar:

“Hamısı ziyanla işləyirlər, bu, açıq-aşkar cinayət işləridir. Onların övladları da həmin şəbəkələrin üzvü idi. Parlamentdəki komitə sədrləri niyə susurlar? Onların hamısı Ramizin adamlarıdır”.

Müsahibimiz bu məsələdə dövlətin xüsusi xidmət orqanlarının aktiv fəaliyyət göstərdiyini və yaxın günlərdə yeni ifşaların olacağını istisna etmir:

“Bəzi adamlar var ki, xalqı diksindirmək üçün bu işləri görürdülər. Hamısı əvvəlcədən hazırlanmışdı. Yaslarda belə iclaslar keçirirdilər. Mənə elə adamlar deyiblər ki, sən niyə prezidentin sadiq adamısan? Amma mən deyirəm - kökləri qaşımaq lazımdır”.

Əli Hüseynov


SON XƏBƏRLƏR