• Bakı 11° C

    14.84 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Haitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb

DÜNYA

12 Aprel 2026 | 10:00

Haitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb

Haitinin şimalındakı kənd ərazisində faciə baş verib. Qədim Laferyer qalası yaxınlığında yaşanan kütləvi izdiham azı 30 nəfərin həyatına son qoyub.

Bakıvaxtı.az bu barədə "Le Nouvelliste" qəzetinə istinadən xəbər verir.

Hadisə ölkənin ən məşhur görməli yerlərindən birinin ziyarətçilərlə həddindən artıq dolması nəticəsində baş verib.

Yerli hökumət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıblar. Onlar qurbanların sayının daha çox ola biləcəyini istisna etmirlər.

Qeyd edək ki, Laferyer qalası XIX əsrin əvvəllərində inşa edilib.


SON XƏBƏRLƏR

11 Aprel 2026