• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Hakan Fidan: "Bütün dünya soyqırım davasına qoşulmalıdır"

DÜNYA

09 Avqust 2024 | 16:32

Hakan Fidan: Bütün dünya soyqırım davasına qoşulmalıdır

"İsraili dəstəkləyənlər Qəzzada törədilən qırğına ortaqdırlar".

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu mətbuat konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Türkiyənin səylərinin mərkəzində Qəzzada davam edən soyqırımın dayandırılmasının olduğunu bildirən nazirə görə, vicdanı olan ölkələr Haaqadakı işə müdaxilə etməlidirlər. 

"Misir səfərim zamanı Əl-Ariş və Rəfahda vəziyyətin necə olduğunu şəxsən görmək imkanım oldu. Türkiyə olaraq, Qəzzaya 56 min tondan çox humanitar yardım göndərdik. Lakin İsrail üzündən Əl-Arişdə saxlanılan yardımın Qəzzaya çatdırılmasında ciddi problemlər var. Biz bunun şahidi olduq. İnanırıq ki, İsrail-Fələstin münaqişəsi danışıqlar yolu ilə həll edilə bilər", - deyə Hakan Fidan vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

14 Yanvar 2025