"İnzibati işlər üzrə hakimlər gözlərini yumub daha çox dövlət qurumunun protokollarını təmin edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bunlar azmış kimi, bəzi hallarda sahibkara yazılan protokollar əsassız olur, onlar heç məhkəməyə gəlib öz iddialarını müdafiə etmir, amma mülkiyyətçi məcbur olur gəlir, pul xərcləyir yollara, vəkilə və s. "Hakimlər isə birtərəfli qaydada “protokolu” müdafiə edir, sanki, həmin dövlət qurumuna xidmət edirlər".
Deputat qeyd edib ki, məhkəmə sistemi güclu olduğu təqdirdə hüquqi dövlət olaraq güclü olur və cəmiyyətin bütün sahələri inkişaf edir: "Misal üçün Singapur. Məhz məhkəmələrin köklü islahatı nəticəsində Singapurda yüksək iqtisadi inkişaf oldu. Bizdə də məhkəmə islahatları davam edir. Ümid edirəm ki, gördüyümüz müsbət nəticələr daha da gözəgəlimli olacaq".
Nuranə Daxilqızı
















