• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Hamamda meyiti tapılan gəncin FOTOSU

HADİSƏ

03 Mart 2025 | 19:50

Hamamda meyiti tapılan gəncin FOTOSU

Xəbər verdiyimiz kimi, İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki,  mərhumun təhsil aldığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci onun haqqında paylaşım edib.

Bildirilib ki, kollecin Zootexniklik ixtisası üzrə I kurs tələbəsi olan Əliyev Rahib Elnur oğlu  çalışqanlığı və mehribanlığı ilə seçilən tələbə olub.

"O, müəllim və tələbə yoldaşları arasında daim hörmət və rəğbətlə qarşılanırdı. Təlim və təhsilə olan marağı, məsuliyyətli yanaşması və səmimi insanlığı ilə o hər zaman kollektivimizin yaddaşında qalacaq".

Qeyd edək ki, gənc Ağdam rayon sakini olub, hadisə onun İsmayıllıda təhsil almaq məqsədilə  yaşadığı kirayə evdə baş verib.

Onun dəqiq ölüm səbəbi hələlik bilinmir.


SON XƏBƏRLƏR

03 Mart 2025