• Bakı 26° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

CƏMİYYƏT

22 Mart 2026 | 11:42

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib.

Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tuna balığı əti adətən yaşlı və iri balığa məxsus olur. O, uzun illər ərzində dəniz və okeanlardakı çirklənmə səbəbindən civə də daxil olmaqla ağır metalların duzlarını özündə toplayır.

Həkimin sözlərinə görə, tuna balığının müntəzəm qəbulu intoksikasiyaya səbəb ola bilər. Bu isə insanın tez yorulmasına, iş qabiliyyətinin azalmasına və immunitetin zəifləməsinə gətirib çıxarır. Dietoloq xəbərdarlıq edib ki, tuna balığının tez-tez yeyilməsi qaraciyərə də mənfi təsir göstərə, onun yüklənməsinə səbəb ola bilər.

Həkim ən faydalı balıqlar sırasında treska növlərini göstərib. O bildirib ki, bu balıqlar orqanizmi kifayət qədər minerallarla təmin edir və yaxşı mənimsənilən zülal mənbəyidir./Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026