Türkiyəli aktrisa Hande Erçelin yeni planı bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, aktrisanın hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçün avqustun sonunda Londona gedəcəyi iddia edilib.
Bildirilir ki, Hande İngilis dili dərsləri ilə yanaşı, hekayə yazarlığı və ssenari təhsili də alacaq. Aktrisanın Londonda kirayələdiyi mənzildə qalacağı qeyd olunub.
Bir müddətdir hekayələr yazdığı deyilən Hande Erçelin son bir ildə 6-7 hekayə qələmə aldığı, onlardan bəzilərinin dram janrında olduğu bildirilib.
Aktrisanın yazdığı hekayələri ssenari komandası ilə inkişaf etdirərək rəqəmsal platformalara serial kimi təqdim etməyi planlaşdırdığı da iddia olunub.
Handenin bu prosesdə ən böyük dəstəkçisinin isə prodüser sevgilisi Onur Güvenatam olduğu qeyd edilib.

Bakı 



