• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Hava necə olursa-olsun, uşaqlar gəzintidə papaq taxmalıdır"

CƏMİYYƏT

12 Avqust 2026 | 15:26 | Müəllif: Zeynəb Rzayeva

"Hava necə olursa-olsun, uşaqlar gəzintidə papaq taxmalıdır"

“Buludlu və ya günəşin tam çıxmadığı havalarda belə, uşaqlar açıq havada fiziki aktivlik zamanı papaq taxmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Pediatr bildirib ki, uşaqlar açıq havada fiziki aktivliklə məşğul olarkən hava şəraitindən asılı olmayaraq başlarını qorumaq vacibdir. Onun sözlərinə görə, bu qaydaya axşam saatlarında da əməl edilməlidir.

R.Nemətova həmçinin yay aylarında uşaqların kifayət qədər maye qəbul etməsinin vacibliyini vurğulayıb. O, xüsusilə adi, təmiz suya üstünlük verilməsini tövsiyə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026