• Bakı 10° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi - FOTO

CƏMİYYƏT

12 Dekabr 2025 | 20:17

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi - FOTO

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.   

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, dekabrın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi 14-ü gündüz saatlarına kimi davam edəcək. 

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 28-33 m/s, açıq dənizdə isə 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün  3.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.


SON XƏBƏRLƏR