"2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrəkeçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub".
Bakıvaxtı.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
"Növbəti müsabiqənin 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır və sənədqəbulu 29 iyul–4 avqust tarixlərində aparılacaq. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur", - o qeyd edib.
Şöbə müdiri bildirib ki, indiyə qədər iki dəfə məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi müsabiqə keçirilib və nəticədə 81 nəfər uğur qazanıb:
"Üçüncü müsabiqənin müsahibə mərhələsi artıq başa çatıb və yaxın günlərdənəticələrin açıqlanması gözlənilir. O qeyd edib ki, hazırda müdir vəzifəsi üzrə 340 yer vakantdır".