• Bakı 26° C

    8.06 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

"HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir

CƏMİYYƏT

01 Oktyabr 2024 | 15:05

HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu keçirilir

Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində "Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, NATO və tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən kursun əsas məqsədi HDQ-nin müxtəlif səviyyəli bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsi üçün NATO və milli qiymətləndiricilərin hazırlanmasından ibarətdir.


SON XƏBƏRLƏR