Türkiyədə həbsdə olan 11 nəfər İran vətəndaşı sabah ölkəyə qaytarılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Qərbi Azərbaycan vilayətinin baş hakimi Nasir Ətabati bildirib.
Onun sözlərinə görə, uzun illər Türkiyədə məhbus həyatı yaşayan 11 iranlının ölkəyə qaytarılması üçün danışıqlar başa çatıb. Onların sabah “Bazərgan” keçid məntəqəsində İrana təhvil veriləcəyi bildirilib./APA