• Bakı 27° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Həkəri çayında batan şəxs axtarılır

HADİSƏ

05 Iyul 2026 | 12:07

Həkəri çayında batan şəxs axtarılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026