• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

HƏMAS-ın bölük komandiri öldürüldü 

DÜNYA

22 Avqust 2026 | 20:09 | Müəllif: Əli Hüseynov

HƏMAS-ın bölük komandiri öldürüldü

İsrail hərbçiləri Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının "Deyr əl-Bəlah" batalyonunun bölük komandirini zərərsizləşdirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Zərbə Deyr əl-Bəlah ərazisində HƏMAS-ın hərbi qanadı olan "Deyr əl-Bəlah" batalyonunun bölük komandiri Şərif əl-Həsənata endirilib. O, İsrail Müdafiə Ordusunun hərbi qulluqçuları üçün birbaşa təhlükə yaradırdı", - bəyanatda deyilir.

İsrail Müdafiə Ordusunun məlumatına görə, əl-Həsənat terror hücumlarının planlaşdırılmasına, həyata keçirilməsinə nəzarət edib və Qəzza zolağında HƏMAS-ın yeraltı obyektlərinin bərpasında iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026