"Ünvanlı sosial yardım təyin edilərkən istismara yararsız avtomobillər nəzərə alınmır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, 285 manat ehtiyac meyarı əsas götürülməlidir:
“Gəlirlər 285 manatdan aşağıdırsa, həmin adamlara ÜDY təyin etsinlər, həmin adamları get-gələ salmasınlar. Ünvanlı sosial yardım təyin olunması şərtlərinə yenidən baxılması ilə bağlı təkliflər Ombudsmanın illik məruzəsində də yer alıb”.
Həmçinin qeyd edib ki, pensiya yaşına az qalmış şəxslərin işdən azad edilməsi yolverilməzdir və bu barədə qanuna dəyişiklik edilməlidir.
Mina Mikayılova