• Bakı 25° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Hərbi attaşelər Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında

SİYASƏT

30 Oktyabr 2024 | 18:30

Hərbi attaşelər Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər.

Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə 12 ölkədən 15 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.

Ziyarətçilərə brifinq təqdim olunub. Brifinqdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi, cari fəaliyyət istiqamətləri, əməkdaşlıq sahələri və perspektiv planları barədə məlumatlar verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar limanın ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar.


SON XƏBƏRLƏR

01 Iyul 2025