• Bakı 25° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Hesablama Palatası riskləri açıqladı 

CƏMİYYƏT

25 Aprel 2023 | 15:42

Hesablama Palatası riskləri açıqladı

Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri üzrə risk xəritəsi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, nəzarət tədbirlərinin nəticələri və büdcə sənədlərinə verdiyimiz rəylər dövlət maliyyəsinin əsas pozuntu istiqamətlərini, onun strukturunu və sahələrinin xəritəsini formalaşdırmağa imkan yaradır.

Büdcənin formalaşması mərhələsi üzrə əsas risklər

Büdcənin formalaşması mərhələsində proqnozlaşdırılan xərclərin əsaslılığının yetərli olmaması, artıq birinci rübdə əlavə vəsaitlərə tələbatın olması və vəsaitlərin yenidən bölüşdürülməsinə başlanılması, büdcə təsnifatına tam əməl edilməməsi bəzi sahələr üzrə xərc normativlərinin təkmilləşdirilmədiyini və yeni hüquqi aktlara tam uyğunlaşdırılmadığını göstərir.

Büdcənin icrası mərhələsi üzrə əsas risklər

Büdcənin icrası mərhələsində hüquqi şəxslərə subsidiyanın verilməsi və istifadəsində pozuntular, subsidiya alanların tələb olunan göstəricilərə nail ola bilməməsi və istifadə edilməyən subsidiyaların büdcəyə qaytarılmasını təmin etmək üçün aparılan işlərin kifayət qədər olmaması kimi hallar subsidiyaların verilməsi ilə bağlı qayda və prosedurların olmasını zəruri edir. Qeyd edilənlər, subsidiyaların planlaşdırılması və istifadəsinə dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir.
Dövlət sifarişi üzrə əsas təhdidlər

Eyni zamanda, dövlət sifarişinin formalaşması və icrası üzrə qanunvericilikdə bəzi məsələlərin tənzimlənməməsi və konkret mexanizmlərin olmaması resurs-nəticə əlaqəsinin zəif olması ilə nəticələnir.

Dövlət satınalmalarının əsas problemləri

Ənənəvi olaraq, dövlət satınalmalarında və ayrı-ayrı növ hüquqi şəxslər tərəfindən satınalmalarda baş verən pozuntularla bağlı məsələlər diqqət mərkəzindədir. Satınalmalar zamanı ehtimal olunan qiymətin düzgün hesablanmaması və vəsaitlərə qənaətli yanaşılmaması kimi hallar üstünlük təşkil edir. Son üç ilin təhlili göstərir ki, qanunvericiliyin tələbləri pozulmaqla müqavilələrə sonradan dəyişikliklərin edilməsi və öhdəliklərinə qarşı vicdanla davranmayan podratçılara qarşı benefisiarlar tərəfindən məsuliyyət tədbirlərinin tətbiq edilməməsi halları artıb.

İşğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitinin auditi üzrə əsas nəticələr

Ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb ki, bunun biri preaudit formasında, başqa sözlə fiziki işlər tamamlanmamışdan əvvəl həyata keçirilib. İki auditin nəticəsində 1,4 mln. manat vəsait bərpa edilib, bir audit üzrə isə görülən işlər tam və doğru sənədləşdirilmədiyi üçün təxirə salınıb. Preaudit yolların çəkilişi ilə bağlı ayrılan xərcləri əhatə edib. Layihə, smeta, ekspertiza, torpaqayırma, iş həcmi cədvəli və digər sənədlər paralel aparıldığından və bir biri ilə uzlaşmadığından Hesablama Palatasının Kollegiyası auditin nəticəsi olaraq bu sənədlərin yenidən işlənilməsi ilə bağlı audit obyektinə öz qərarını göndərib.

2022-ci il üzrə auditlərin əsas nəticələri

Audit növləri üzrə yol verilmiş nöqsanları qruplaşdıraraq bildirmək istəyirəm ki, başa çatdırılmış auditlərlə ümumi uyğunluqdan kənarlaşma 530,1 mln. manat, maliyyə hesabatlarında mahiyyətə təsir edən təhrif məbləği 564,5 mln. manat, uçota dair tələblərin pozulması ilə bağlı təhrif məbləği isə 233,3 mln. manat müəyyən edilib.

Uyğunluq auditlərinin 66%-də müəyyən edilmiş meyarlara uyğun olma (bəzi məsələlər istisna olmaqla), 34%-də isə əhəmiyyətli uyğunsuzluqların olması ilə bağlı rəy verilib.

Maliyyə auditləri üzrə 5 müsbət, 2 şərti-müsbət, 1 mənfi rəy verilmiş, 1 audit üzrə isə məlumatlar tam olmadığından rəy verilməsindən imtina edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026